Hər il olduğu kimi bu il də ABŞ-da yaşayan azərbaycanlılar 20-ci əsrin əvvəllərində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirildiyi faciəli hadisələrin anılması üçün diaspor üzvləri arasında məktub kampaniyası keçirib. Kampaniyanın nəticəsi olaraq, Amerika qanunvericiləri icma üzvlərinə məsələ ilə bağlı rəsmi cavablar göndərib. Virciniya ştatı parlamentinin üzvü Gerald Konnolli cavab məktubunda insan hüquqlarının vacibliyini və keçmişdə baş […]
ABŞ qanunvericiləri diaspor üzvlərinin 31 Mart məktub kampaniyasına cavab verir
Xocalı faciəsinə dair daha bir qətnamə Meyn ştatında qəbul edildi
ABŞ-ın şimal-şərqində yerləşən Meyn ştatının Nümayəndələr Palatası martın 13-də Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənəd qəbul edib. Xocalı faciəsinin anılmasına dair sənədin qəbul edilməsi təşəbbüsləri ilə Meyn ştatının Nümayəndələr Palatasının üzvü Anna Haskel və senator Castin Alfond çıxış ediblər. Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənədin qəbul edilməsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü […]
ABŞ hərbi dəniz qüvvələrinin veteranı azərbaycanlı Nəimi Əmiral Virciniyada Norfolk şəhər şurasına seçkilərə qatılır
ABŞ hərbi dəniz qüvvələrinin veteranı azərbaycanlı Jon Nəimi Əmiral yaşadığı Virciniya ştatının Norfolk şəhər şurasına seçilmək üçün mübarizəyə qoşulub. Norfolk sakini olan Nəimi Əmiral şəhər şurasının üzvü Barklay Vinlə rəqabət aparacaq. Bu, 34 yaşlı Nəimi Əmiralın ilk siyasi kampaniyası deyil. 2009-cu ildə o, Virciniya ştatı Konqresinin Nümayəndələr Palatasına seçilmək üçün Respublikaçılar partiyasından namizədliyini irəli sürmüşdü. […]
Vaşinqtonda ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyi və Birləşmiş Ştatların Dövlət Departamenti ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə paytaxt Vaşinqtonda xüsusi qəbul təşkil edib. Vaşinqtonun prestijli “Kosmos” klubunda keçirilən tədbirdə ABŞ Konqresinin və Birləşmiş Ştatlar administrasiyasının hazırkı və sabiq üzvləri, Vaşinqtonda yerləşən xarici diplomatik missiyaların nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan və türk icmasının üzvləri […]