ABŞ-ın Nyu-York ştatının Senatı 31 Mart tarixinin Azərbaycanlıların Anım Günü kimi tanınmasına dair qanun layihəsini qəbul edib. Qanun layihəsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilib. Amerika-Azərbaycan Cəmiyyətinin verdiyi açıqlamada qanun layihəsinin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi deyilir. 2012-ci ildə martın 22-də qəbul edilmiş sənəddə Stepan […]