ABŞ Dövlət katibi Hillari Klinton 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə dünya qadınlarına video mesaj göndərib.
Mesajda deyilir: “Martın 8-i Beynəlxalq Qadınlar gününün 100 illiyi qeyd edilir. Çoxlarının bildiyi kimi, bu tarix mənim üçün xüsusi əhəmiyyət daşıyır. 1995-ci ildə Pekində insan hüquqlarının qadın hüquqları və qadın hüquqlarının da insan hüquqları olduğuna dair mesajıma müsbət reaksiya verildi. Lakin 16 il keçdikdən sonra qadınlar hələ də yoxsulluq, müharibə, xəstəliklər və aclıq kimi problemlərin ağırlığını çəkir. Direktorlar şuralarının iclasları, hökumət yığıncaqları, sülh danışıqları və dünyada mühüm qərarların verildiyi başqa yerlərə gələndə çox vaxt burada qadınları görmək olmur.
Tamamilə aydındır ki, əldə etdiklərimiz nailiyyətlər və irəliyə getmək impulsunu saxlamaq üçün hələ də çox iş görülməlidir.
Birləşmiş Ştatlar qadınların bizim xarici siyasətimizdə əhəmiyyətini artırmağa davam edir. Bu, təkcə düzgün iş deyil. Bu həm də ağıllı işdir. Qadınlar və qızlar iqtisadiyyatımızı inkşaf etdirir. Onlar sülh yaradır və inkişaf gətirir. Onlara investisiya etmək qlobal tərəqqi, siyasi sabitlik və dünyada hamı üçün daha artıq inkişafa investisiya etmək deməkdir.
Gəlin bu günü qadın və qızların təhsil, səhiyyə, iş tapmaq və kredit almaq imkanlarına malik olduğunu təmin və onların zorakılıq olmadan yaşamaq hüququnu müdafiə edərək qeyd edək.”
Video mesaja aşağıdakı linkdə baxa bilərsiniz.
http://www.state.gov/secretary/rm/2011/03/157647.htm