Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsi “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif edib.
Təltif edilənlər arasında ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN-ın təsisçilərindən biri və direktorlar şurasının üzvü Adil Bağırov da var.
Türkiyə parlamentinin deputatı Sinan Oğan, Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri Taleh Heydərov də “Tərəqqi” medalına layiq görülənlər arasındadır.