Showing Archived Posts

Diaspor təşkilatı Ağ Evin Ramil Səfərovun ekstradisiyası ilə bağlı mövqeyinə etiraz edir

Posted September 1st, 2012 at 1:42 pm (UTC-5)
Leave a comment

ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN təşkilatı Ağ Evin Ramil Səfərovun ekstradisiyası ilə bağlı mövqeyini qınayaraq, Amerika azərbaycanlılarını etirazını administrasiya nümayəndlərinin nəzərinə çatdırmağa çağırır. Amerikada yaşayan azərbaycanlılara ünvanlıdığı müraciətdə USAN ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommi Vietorun avqustun 31-də açıqladığı bəyanatını qəbuledilməz adlandırıb. Təşkilat zorakılığın bütün formalarını qınyaraq, müharibə və münaqişələrin sülh yolu ilə həllinə dəstəyini […]

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Elin Süleymanovun səfir təyin edilməsini alqışlayır

Posted November 1st, 2011 at 3:45 pm (UTC-5)
Leave a comment

Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Elin Süleymanovun Azərbaycanın Amerika Birləşmiş Ştalarında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsini böyük razılıq hissi ilə qarşılayıb. ABŞ və Kanadada fəaliyyət göstərən Amerika-Azərbaycan Şurasının açıqlamasında Elin Süleymanovun Azərbaycan Respiblikasının Los Ancelesdə baş konsulu kimi çalışdığı müddətdə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində xidmətləri göstərilir. “Azərbaycanın ABŞ-ın 13 ştatında təmsilçisi […]

Amerika azərbaycanlılarının şəbəkəsi USAN-ın direktoru Adil Bağırov Tərəqqi medalı ilə təltif edilib

Posted July 4th, 2011 at 2:50 pm (UTC-5)
Leave a comment

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsi “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif edib. Təltif edilənlər arasında ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN-ın təsisçilərindən biri və direktorlar şurasının üzvü Adil Bağırov da var. Türkiyə parlamentinin deputatı Sinan Oğan, Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri […]

ABŞ Dövlət Departamenti Kazan görüşünün nəticələri haqda:”Ümidlər boşa çıxdı”

Posted June 27th, 2011 at 3:01 pm (UTC-5)
Leave a comment

ABŞ Dövlət Departamenti Amerikanın səsinin Birləşmiş Ştatların Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında iyunun 23-də Kazan şəhərində görüşünün nəticələrinə reaksiyası ilə bağlı sualını cavablandırıb. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland ABŞ-ın münasibətini bildirərək deyib: ”Ermənistan və Azərbaycan prezidentləri Kazanda görüş zamanı Baza prinsipləri üzrə razılığa gələ bilməyib. Bununla belə, Rusiya prezidenti Dmitri Medvedevlə birgə verdikləri bəyanatda […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>