Virciniya ştatının qubernatoru Bob Makdonnel Amerikada yaşayan azərbaycanlı Con Nəimi Əmiralı İnsan Hüquqları Şurasının üzvü təyin edib. Qubernator Makdonnel oktyabrın 7-də ştatın administrasiyasına yeni təyinatların edildiyinə dair sərəncam imzalayıb. Dörd il müddətinə seçilən doqquz üzvdən ibarət şura Virciniya ştatı hökumətinin irqi, dini, milli mənsubiyyəti, cinsi, tibbi vəziyyəti və başqa səbəblərə görə vətəndaşların ayrı-seçkiliyə məruz qalmadığını […]