Showing Archived Posts

Azərbaycanlı Tələbə Assosiasiyası Kaliforniyada Azərbaycanın Respublika günü münasibətilə tədbir keçirib

Posted May 31st, 2013 at 2:00 pm (UTC-5)
Leave a comment

Kaliforniyada İrvin universitetində Azərbaycan Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib. İrvin universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirə Azərbaycan, türk və yəhudi icmalarının üzvləri qatılıb. Azərbaycanlı Tələbə Assosiasiyasının üzvü, Dövlət siyasəti üzrə namizədlik dərəcəsi almış Aytən Nəbiyeva toplaşanlara müsəlman aləmində ilk dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikasının fəaliyyətləri ilə bağlı məlumat verib, gənc respublikanın […]

Torontoda Azərbaycanın Cumhuriyyət günü

Posted May 29th, 2013 at 3:21 pm (UTC-5)
Leave a comment

Azərbaycan Demokratik Respublikasının 95 illiyi münasibətilə Kanadanın Toronto şəhər bələdiyyəsinin qarşısında Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib. Tədbir Kanadada fəaliyyət göstərən Kanada Azərbaycan Gənclər Şəbəkəsi və Toronto universitetinin Azərbaycanlı Gənclər Assosiasiyasının təşəbbüsü ilə təşkil edilib. Kanada Azərbaycan Gənclər Şəbəkəsinin prezidenti İsgəndər Qədirzadə toplaşanlara Azərbaycan Demokratik Respublikası haqda məlumat verib. Tədbirdə Kanadanın Araşdırma və İnnovasiya naziri, əslən […]

Torontoda Azərbaycanın Respublika günü qeyd edilib

Posted May 28th, 2012 at 3:21 pm (UTC-5)
Leave a comment

Azərbaycanın Respublika günü münasibətilə Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar bələdiyyə binasının qarşısında Azərbaycan bayrağının qaldırılması mərasimində iştirak edib. Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası və yeni yaranmış Kanada Azərbaycanlı Gənclər şəbəkəsi tərəfindən təşkil edilib. Tədbirdə Kanadada yaşayan Azərbaycan icmasının təxminən 50 üzvü iştirak edib. Toronto Universitetində Azərbaycanlı Tələbələrin Assosiasiyasının prezidenti İsgəndə Qədirzadə toplaşanlar qarşısında çıxış […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>