ABŞ Dövlət Departamenti Amerikanın səsinin Birləşmiş Ştatların Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında iyunun 23-də Kazan şəhərində görüşünün nəticələrinə reaksiyası ilə bağlı sualını cavablandırıb. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland ABŞ-ın münasibətini bildirərək deyib: ”Ermənistan və Azərbaycan prezidentləri Kazanda görüş zamanı Baza prinsipləri üzrə razılığa gələ bilməyib. Bununla belə, Rusiya prezidenti Dmitri Medvedevlə birgə verdikləri bəyanatda […]
Vəfa Quluzadə:”İndiyə qədər yalnız iki dəfə uğura yaxın olmuşuq”
Xəzər Araşdırmalar Mərkəzinin prezidenti, keçmiş müşavir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda müzakirəçi olmuş tanınmış politoloq Vəfa Quluzadə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün nəticələrini şərh edir.
ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradke və İqor Popov regiona səfərlə bağlı bəyanatla çıxış ediblər
Bəyanatda bildirilir ki, ABŞ, Fransa və Rusiyanı təmsil edən həmsədrlər iyunun 6-dan 9-a qədər Bakı, Dağlıq Qarabağ və Yerevana səfər edib və səfir Andjey Kasprşiklə birlikdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və Qarabağın de-fakto rəsmiləri ilə görüşlər keçiriblər. Həmsədrlər Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdan gələn görüşünə hazırlıqlar məqsədilə mayın 26-da Rusiya, […]
Namik Tan:”Ermənistanla münasibətlərin yaxşılaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır”
Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan Vaşinqtonda Con Hopkins universitetinin Beynəlxalq Araşdırmalar mərkəzində Türkiyənin xarici siyasət kursuna dair məruzə edib. Cənab Tan Türkiyənin Avropa İttifaqına üzvlüyü, Türkiyə-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli kimi bir sıra geniş məsələləri şərh edib. Səfir Tan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Minsk qrupunun səylərini dəstəklədiyini bildirib. “Burada ciddi vəziyyətlə qarşılaşmışıq. […]
Amerika Azərbaycanlıları ABŞ hökumətinin 2012-ci ildə Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayırmaması üçün kampaniya aparır
Amerikada yaşayan azərbaycanlılar artıq dördüncü ildir intensiv şəkildə Konqresə məktub ünvanlama kampaniyası aparır. Hər ilin əvvəli həmvətənlərimiz 20 Yanvar, Xocalı və Sumqayıt hadisələrinin ildönümü ərəfəsində Amerika qanunvericiləri ilə yanaşı, media və ictimaiyyət nümayəndələrinə məktublar göndərir. İcma üzvlərimiz yerli və federal qanunvericilərdən cavablar alır. Bu günlər Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi USAN Konqresə ABŞ-ın 2012-ci il üçün […]