Showing Archived Posts

Amerika azərbaycanlıları Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyini dəstəkləyir

Posted February 3rd, 2013 at 2:08 pm (UTC-5)
Leave a comment

ABŞ-dakı Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu Senatı Çak Heygeli müdafiə naziri vəzifəsinə təsdiq etməyə çağıraraq, keçmiş senatorun namizədliyinə dəstək vermək üçün icma üzvlərinə müraciət edib. Müraciətdə deyilir ki, senator Heygel Senatın Xarici Əlaqələr Komitəsində və prezident Obamanın kəşfiyyat məsələləri üzrə məsləhət şurasında fəaliyyət göstərdiyi müddətdə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafına hər […]

Amerika azərbaycanlıları Obama administrasiyasını Xocalı qətliamını tanımağa çağırır

Posted January 28th, 2013 at 2:37 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb səhifəsində petisiya yerləşdirib. Ağ Evin “Biz xalqıq” səhifəsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü […]

Amerika azərbaycanlıları Senatı səfir Brayzanı vəzifəsinə yenidən təsdiq etməyə çağırır

Posted December 6th, 2011 at 4:41 pm (UTC-5)
Leave a comment

ABŞ azərbaycanlıları Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanın öz vəzifəsinə yenidən təsdiq edilməsi üçün məktub kampaniyası keçirir. ABŞ-da azərbaycanlıların şəbəkəsi olan USAN, Amerika-Azərbaycan Şurası, Pax Turcica təşkilatları erməni lobbisinin səfir Brayzanın təsdiq edilməsinə mane olmaq üçün kampaniya apardığını bildirərək, azərbaycanlıları lobbinin fəaliyyətlərinin qarşısını almaq məqsədilə Amerika qanunvericilərinə məktub gönrdərməyə çağırıb. Diaspor üzvlərinə müraciət məktublarında bildirilir […]

ABŞ Dövlət Departamenti Kazan görüşünün nəticələri haqda:”Ümidlər boşa çıxdı”

Posted June 27th, 2011 at 3:01 pm (UTC-5)
Leave a comment

ABŞ Dövlət Departamenti Amerikanın səsinin Birləşmiş Ştatların Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında iyunun 23-də Kazan şəhərində görüşünün nəticələrinə reaksiyası ilə bağlı sualını cavablandırıb. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland ABŞ-ın münasibətini bildirərək deyib: ”Ermənistan və Azərbaycan prezidentləri Kazanda görüş zamanı Baza prinsipləri üzrə razılığa gələ bilməyib. Bununla belə, Rusiya prezidenti Dmitri Medvedevlə birgə verdikləri bəyanatda […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>