Amerikada yaşayan azərbaycanlılar Washington Post qəzetində Dağlıq Qarabağ haqda məqalələrə etiraz olaraq kampaniyaya başlayıb. ABŞ azərbaycanlıları şəbəkəsinin üzvü Bədir Məmmədli Amerikanın səsinə deyib ki, diaspor nümayəndələri ölkədə yaşayan Azərbaycan-Türk icmasının üzvləri və dostlara müraciət edib. “Washington Post qəzetində bir-birinin ardınca çıxan məqalələr Azərbaycanlılar arasında narahatlıq doğurub və bununla bağlı olaraq, Azərbaycan diasporunun üzvləri öz fəaliyyətlərini […]
Amerika azərbaycanlıları Washington Post qəzetində məqaləyə etiraz edir
Amerika azərbaycanlılarının şəbəkəsi USAN-ın direktoru Adil Bağırov Tərəqqi medalı ilə təltif edilib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsi “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif edib. Təltif edilənlər arasında ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN-ın təsisçilərindən biri və direktorlar şurasının üzvü Adil Bağırov da var. Türkiyə parlamentinin deputatı Sinan Oğan, Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri […]
Torontoda Azərbaycan-Türk icmasının üzvləri erməni gənclərin aksiyasına etiraz olaraq nümayiş keçirib
Kanadanın Toronto şəhərində iyunun 10-dan 13-ə qədər 4 gün ərzində Azərbaycan və Türk icmasının üzvləri Erməni Gənclər Federasiyasının Türkiyə əleyhinə aksiyasına cavab olaraq etiraz nümayişləri keçirib. Toronto Universitetinin Azərbaycanlı Tələbələr Asssoasiyasının prezidenti İskəndər Qədirzadənin AzeriDiaspora verdiyi məlumata əsasən, iyunun 10-da Torontodakı Erməni Gənclər Federasiyası Türkiyəni ermənilərin iddia etdiyi soyqırımı tanımağa çağıraraq, 72 saatlıq aclıq aksiyasına […]
Vankuverdə yaşayan azərbaycanlılar Azərbaycanın Milli gününü qeyd edib
Kanadanın Vankuver şəhərinin azərbaycanlı icmasının üzvləri mayın 28-də Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümünü qeyd ediblər. Bu il Vankuver şəhərinin meri Qreqor Robertson mayın 28-ni şəhərdə Azərbaycanın Milli Günü elan etmişdir. Merin imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının dünya tarixində ilk dünyəvi müsəlman parlamentar respublika olduğu, hər il dünya azərbaycanlılarının may ayının 28-də Azərbaycanın Milli Gününü qeyd […]
Azərbaycan Yaponiya Dostluq Cəmiyyəti azərbaycanlıları Respublika günü münasibəti ilə təbrik edir
Yaponiyanın Osaka şəhərində fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti Azərbaycan xalqına Respublika günü münasibəti ilə təbrik ünvanlayıb. Cəmiyyətin sədri Rəhman Şahhüseynlinin adından açıqlanan press relizdə deyilir ki, Yaponiyada yaşayan azərbaycanlılar 28 May Azərbaycanın Respublika gününü böyük qürur hissi ilə qeyd ediblər. Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti 2002-ci ildə Yaponiyada Azərbaycanı tanıtmaq məqsədilə yaradılıb. Öz fəaliyyətləri ilə cəmiyyət iki […]
Amerika türkləri prezident Obamanı aprelin 24-də soyqırım sözünü işlətməməyə çağırır
Amerika türklərinin şəbəkəsi prezident Obamaya və Ağ Evə məktub göndərərək, ABŞ prezidentini aprelin 24-ü açıqlayacağı bəyanatında soyqırım sözünü işlətməməyə çağırır. Məktublar ABŞ Konqresinin üzvlərinə də göndərilib. Məktubda Amerikada yaşayan türk icmasının üzvləri aprelin 24-nün erməni soyqırımı günü adlandırılmasına etiraz bildirilir. Burada deyilir ki, baş vermiş digər faciəli hadisələrdən fərqli olaraq, ermənilərin iddia etdiyi soyqırım ətrafında […]
Belçika Azərbaycan Dostluq Dərnəyi 31 Mart gününü Avropa İttifaqının qarşısında nümayiş keçirib
Brüsseldəki Belçika Azərbaycan Dostluq Dərnəyi 31 Mart günü Avropa İttifaqının binasının yerləşdiyi Şuman meydanında mart qırğınlarını anım aksiyası təşkil edib. Dərnəyin rəhbəri Ayhan Demirçinin AzeriDiaspor-a verdiyi məlumata görə, aksiyada Belçikada yaşayan azərbaycanlılar və türk icmasının üzvləri iştirak ediblər. Onun sözlərinə görə, aksiya zamanı Ermənistanın işğal siyasətinə etiraz edilib. Nümayiş iştirakçıları Ağdam rayonunda təmas xəttində 9 […]
Florida ştatının The Miami Herald qəzetində 31 Mart günü ilə bağlı məlumat
Florida ştatında çıxan The Miami Herald qəzetində azərbaycanlıların kütləvi qətlləri günü kimi tanınan 31 mart qırğınları haqda məlumat verilib. Qəzetin redaktoruna məktubda Azərbaycan-Amerika Florida Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova 1918-ci ildə azərbaycanlıların kütləvi şəkildə qətlə yetirildiyi faciəli hadisələri qeyd edir. Məktubda professor Firuz Kazımzadənin qırğınlarla əlaqədar yazdıqları göstərilir: ”Ermənilər tərəfindən üç gün ərzində törədilən qırğınlar […]
ABŞ Konqresində Azərbaycanla bağlı iki seminar keçiriləcək
ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN martın 25-də Birləşmiş Ştatlar Konqresində Azərbaycana dair iki seminarın keçiriləcəyi barədə məlumat yayıb. Seminarlardan biri ABŞ və Azərbaycan arasında münasibətlərin bugünkü durumuna həsr edilib. Bu mövzuda çıxış etmək üçün Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə, Rasim Musabəyov və Ceyhun Osmanlı tədbirə dəvət olunublar. Konqresdə keçiriləcək ikinci seminarda Dağlıq Qarabağın […]
ABŞ-ın “İpək Yolu” ansamblı Novruz şənliyində Azərbaycan rəqslərini ifa etdi
Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin martın 20-də Novruz bayramı münasibətilə təşkil etdiyi şənlikdə ABŞ-ın “İpək Yolu” ansamblı Azərbaycan rəqslərini ifa etdi. “İpək Yolu” rəqs ansamblı 1995-ci ildə yaradılıb. Ansamblın bədii rəhbəri Lorel Viktorya Qreydir. Ansambl UNESCO-nun sponsorluğu ilə Özbəkistanda keçirilən Şərq Təranələri festivalında çıxış etmək hüququ qazanmış ilk Amerika rəqs qrupudur. “İpək Yolu” […]