Showing Archived Posts

Azərbaycanlı model Nyu-York moda şousunda yeni geyim kolleksiyasını təqdim edib

Posted February 15th, 2012 at 4:27 pm (UTC-5)
Leave a comment

Nyu-Yorkda moda dünyasının ən mühüm tədbirlərindən biri olan dəb şousunda azərbaycanlı model Rüstəm Cəbrayılov kişilər üçün yeni geyim kolleksiyasını təqdim edib. Rüstəm Cəbrayılov kişi geyimləri dizayneri Maykl Bastianın 2012-ci il üçün yeni kolleksiyasını nümayiş etdirib. Dizaynerin son kolleksiyası klassik Amerika stilini təcəssüm etdirir. Kolleksiya gözəl zövq qaydalarını pozmayıb diqqəti cəlb etməyi və gözəl geyinməyi xoşlayan […]

Amerikada ilk Azərbaycan teatrı-Azərbaycan Nyu-York Asossiasiyasının məsul katibi Münəvvər Vahabova ilə müsahibə

Posted December 31st, 2011 at 3:23 pm (UTC-5)
Leave a comment

ABŞ-da Azərbaycan Nyu-York Asossiasiyasının nəzdində ilk Azərbaycan teatrı yaradılıb. Dekabrın 4-də teatrın təqdimatı zamanı Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasının premyerası keçirilib. Azərbaycan Nyu-York Assosiasiyasının məsul katibi və həftə sonu Azərbaycan dili məktəbinin müəllimi Münəvvər Vahabova Amerikanın səsinə müsahibədə deyib ki, Nyu-Yorkda Azərbaycan teatrının yaradılması icma üzvlərinin uzun zamandır gerçəkləşdirmək istədiyi […]

Hollivudda Azərbaycan kinosu gecəsi VİDEO

Posted November 23rd, 2011 at 1:26 pm (UTC-5)
Leave a comment

Los-Anjelesdə Hollivudda ilk dəfə olaraq Azərbaycan kinosu gecəsi keçirilib. Amerikalı tamaşaçılar ABŞ-ın AGS və Azərbaycanın GA studiyaları tərəfindən istehsal edilmiş “Azərbaycan haqqında” adlı sənədli film və rejissor Samir Kərimoğlunun “Niyyət” kino-filmi ilə tanış olmaq imkanı əldə ediblər. Tədbir Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Los-Anjelesdəki konsulluğu və Amerika Azərbaycan Şurası tərəfindən təşkil edilib. […]

Kristian Lobutin:”Bakının özünün bir musiqisi var.” Qurban Səid haqda kitab oxuyandan sonra Azərbaycana səfər edən məşhur Fransa dizayneri təəssüratları haqda danışır

Posted November 14th, 2011 at 4:27 pm (UTC-5)
Leave a comment

Dünyada Azərbaycanı asanlıqla xəritədə göstərə bilən çox az tanınmış moda dizaynerinə rast gəlmək olar, özü də bunun əsas səbəbini çox güman ki, neft və qazla zəngin ölkədə yeni bazar tapmaq istəyi ilə izah etmək mümkündür. Lakin tam yəqinliklə deyə bilərəm ki, bir dünya şöhrətli dizayner Azərbaycanı başqa səbəbə görə tanımaq istəyib. Fransa ayaqqabı dizayneri Kristian […]

Rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir

Posted October 24th, 2011 at 3:49 pm (UTC-5)
Leave a comment

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir. Bu sərgi ABŞ və Azərbaycan, habelə Montereyin bu yaxınlarda qardaşlaşdığı Lənkəran şəhəri arasında əlaqələrin möhkəmləndirilməsi işinə daha bir töhfədir. Əslən Ağdam şəhərindən olan Yavər Rzayev 2000-ci ildən ABŞ-da yaşayır. Onun rəsm əsərlərindən ibarət sərgiləri Amerikanın bir sıra şəhərlərində nümayiş etdirilib. Bu […]

Vaşinqtonda Türk Festivalında Azərbaycan bu il iki stendlə təmsil olundu

Posted October 3rd, 2011 at 12:58 pm (UTC-5)
Leave a comment

Oktyabrın 2-də Vaşinqtonda 9-cu Türk Festivalı keçirildi. ABŞ paytaxtında artıq ənənəvi tədbirə çevrilmiş Türk festivalı bu il də minlərlə insanı cəlb etdi. Türk festivalının proqramnda bu il mühüm hadisə ABŞ paytaxtı Vaşinqton və Türkiyə paytaxtı Ankaranın qardaşlaşmış şəhərlər elan edilməsi oldu. Festivalın yüksək səviyyəli qonaqları olan Ankara şəhərinin meri Melih Gökçek və paytaxt Vaşinqtonun meri […]

Şahin Şıxəliyev:”Mən Amerikada nə qədər yaşasam da, bir rəssam kimi azərbaycanlı olaraq qalıram”

Posted August 18th, 2011 at 2:23 pm (UTC-5)
Leave a comment

(VİDEO VƏ FOTO-ŞƏKİLLƏR: EMİL QULİYEV) Azərbaycanlı rəssam Şahin Şıxəliyev 10 ildən artıqdır Amerikada yaşayır. Onunla ilk tanışlığım 2000-də oldu. Şahin Şıxəliyevi Amerikanın səsinin studiyasına mədəniyyət proqramı üçün müsahibəyə dəvət etmişdim. Bu uzaq ölkədə Azərbaycandan gəlmiş gənc rəssamın nədən ilham alıb yaradıcılıqla necə məşğul olacağı sualı söhbət boyu fikrimi məşğul edirdi. Amerikanın səsində o ilk görüşdən […]

Rəssam Ağa Hüseynovun əsərləri Venesiyada incəsənət sərgisində nümayiş etdirilib

Posted June 16th, 2011 at 2:03 pm (UTC-5)
Leave a comment

İyunun 1-i İtaliyanın Venesiya şəhərində Palazzo Benzon sarayında 54-cü Beynəlxalq Təsviri İncəsənət Sərgisi açılıb. Bu il üçüncü dəfədir ki, Azərbaycanlı rəssamlar da sərgiyə qatılır. Sərgi “İlluminasiya” adı altında keçib. Sərgidə Nyu-Yorkda yaşayan Azərbaycanlı rəssam Ağa Hüseynovun da işləri nümayiş etdirilib. Ağa Hüseynovun əsərlərində Bakı motivləri mərkəzi yer tutur. Azərbaycanlı rəssamın işləri dünyanın bir sıra ölkələrində […]

Sloveniyada Mehdi Hüseynzadənin xatirə muzeyinin yaradılması haqda Rəfayel Hüseynovla müsahibə (AUDIO)

Posted June 8th, 2011 at 3:21 pm (UTC-5)
Leave a comment

Bu yaxınlarda Sloveniyanın Novi Qoritsa şəhəri yaxınlığında Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı olacaq. Azərbaycan Milli Məclisinin üzvü, yazıçı-publisist Rəfayel Hüseynov muzeyin yaradılması və ekspozisiyanın hazırlanması məqsədilə Sloveniyaya səfərdən qayıdıb. O deyir ki, partizan hərəkatında Mixaylo kimi tanınan Mehdi Hüseynzadənin adı müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış bir neçə abidədə geyd edilib. Yerli əhali vaxtilə […]

Posted in Mədəniyyət

Millət vəkili Rəfayel Hüseynov:”Sloveniyada Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı üçün ekspozisiya hazırdır”

Posted June 5th, 2011 at 2:51 pm (UTC-5)
Leave a comment

Sloveniyanın Novi Qoritsa şəhəri yaxınlığındakı Şempat kəndində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı olacaq. Sloveniyada səfərdə olan millət vəkili Rəfayıl Hüseynov Amerikanın səsinə bildirib ki, muzeyin açılışı üçün ekspozisiya artıq hazırdır. O deyib ki, muzeyin ekspozisiyası üçün əşyaların böyük hissəsi Azərbaycandan gətirilib. Muzeyin açılışı gələn həftəyə planlaşdırılıb. Xatirə muzeyinin açılışı üçün Mehdi Hüseynzadə […]

Posted in Mədəniyyət

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>