Showing Archived Posts

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Florida ştatında nümayiş etdirilib

Posted July 22nd, 2012 at 3:14 pm (UTC-5)
Leave a comment

Florida ştatının Mayami şəhərində Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi nümayiş etdirilib. Ağdamın işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir çərçivəsində keçirilmiş sərgidə ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri və yerli rəsmi idarələrin nümayəndələri iştirak edib. “Könlüm keçir Qarabağdan” sərgisi ilk dəfə olaraq ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə paytaxt Vaşinqtonda göstərilib. Qarabağ Fondundan təklif alan […]

Rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir

Posted October 24th, 2011 at 3:49 pm (UTC-5)
Leave a comment

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir. Bu sərgi ABŞ və Azərbaycan, habelə Montereyin bu yaxınlarda qardaşlaşdığı Lənkəran şəhəri arasında əlaqələrin möhkəmləndirilməsi işinə daha bir töhfədir. Əslən Ağdam şəhərindən olan Yavər Rzayev 2000-ci ildən ABŞ-da yaşayır. Onun rəsm əsərlərindən ibarət sərgiləri Amerikanın bir sıra şəhərlərində nümayiş etdirilib. Bu […]

Şahin Şıxəliyev:”Mən Amerikada nə qədər yaşasam da, bir rəssam kimi azərbaycanlı olaraq qalıram”

Posted August 18th, 2011 at 2:23 pm (UTC-5)
Leave a comment

(VİDEO VƏ FOTO-ŞƏKİLLƏR: EMİL QULİYEV) Azərbaycanlı rəssam Şahin Şıxəliyev 10 ildən artıqdır Amerikada yaşayır. Onunla ilk tanışlığım 2000-də oldu. Şahin Şıxəliyevi Amerikanın səsinin studiyasına mədəniyyət proqramı üçün müsahibəyə dəvət etmişdim. Bu uzaq ölkədə Azərbaycandan gəlmiş gənc rəssamın nədən ilham alıb yaradıcılıqla necə məşğul olacağı sualı söhbət boyu fikrimi məşğul edirdi. Amerikanın səsində o ilk görüşdən […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>