ABŞ-da Çikaqo şəhərində yerləşən Günaz TV Urmiyə gölünün quruması ilə əlaqədar etiraz aksiyalarını ən çox işıqlandıran media qurumlarından biridir. Günaz TV-nin təsisçisi Əhməd Obalı bu yaxınlarda televiziyada çıxışında Urmiyə gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən aksiyaların işıqlandırılması ilə bağlı tənqidlərini səsləndirib. Amerikanın səsinin AzeriDiaspor bloquna müsahibədə Əhməd bəy bildirdi ki, Urmiyədə hadisələrlə bağlı Günaz TV-yə […]
Əhməd Obalı:” Millət ayağa qalxmasa və etirazını bildirməsə, biz Ana dilimizi itirmirik, biz vətəni itiririk”
Şahin Şıxəliyev:”Mən Amerikada nə qədər yaşasam da, bir rəssam kimi azərbaycanlı olaraq qalıram”
(VİDEO VƏ FOTO-ŞƏKİLLƏR: EMİL QULİYEV) Azərbaycanlı rəssam Şahin Şıxəliyev 10 ildən artıqdır Amerikada yaşayır. Onunla ilk tanışlığım 2000-də oldu. Şahin Şıxəliyevi Amerikanın səsinin studiyasına mədəniyyət proqramı üçün müsahibəyə dəvət etmişdim. Bu uzaq ölkədə Azərbaycandan gəlmiş gənc rəssamın nədən ilham alıb yaradıcılıqla necə məşğul olacağı sualı söhbət boyu fikrimi məşğul edirdi. Amerikanın səsində o ilk görüşdən […]
Azərbaycanın BMT-də gənc səfiri Rza Əliyev:Qarabağ probleminin gənclər arasında müzakirəsi olduqca vacibdir
Amerikanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri Rövşən Muradov və Rza Əliyev ABŞ-da görüşlərini davam etdirir. Onlar paytax Vaşinqtonda ABŞ Dövlət Departamenti, Konqres, qeyri-hökumət təşkilatları və araşdırma mərkəzlərində görüşlər keçirib, Konqresdə “Uşaqlarımıza verdiyimiz vədləri saxlayaq” mövzusuna həsr olunmuş konfransda iştirak ediblər. Azərbaycanın BMT-də gənc səfiri Rza Əliyev Amerikanın səsinin AzeriDiaspor bloqu üçün müsahibədə bildirib ki, onun Konqresdə […]
Rövşən Muradov:Mən düşünürəm ki, Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı Azərbaycan və Amerika gəncləri arasında körpü rolunu oynaya biləcək
Amerikanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri bu günlər paytaxt Vaşinqtonda ABŞ Dövlət Departamenti, Konrqes, qeyri-hökumət təşkilatları və araşdırma mərkəzlərində görüşlər keçirir. Onlar ABŞ Konqresində “Uşaqlarımıza verdiyimiz vədləri saxlayaq” mövzusuna həsr olunmuş konfransda iştirak ediblər. Qrupun üzvləri Birləşmiş Ştatlar Konqresinə Azərbaycan haqda kitablar hədiyyə ediblər. Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı dünyanın iki ən böyük kitabxanaları olan Konqres və […]
Bədir Məmmədli:”ABŞ işğal altında olan əraziyə yardım ayıran yeganə ölkədir”
İyulun 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə dinləmələr keçirilib. Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları ABŞ Dövlət Departamentinin bir sıra proqramları, Sülh Korpusu və təhlükəsizlik sahəsində yardımın səviyyəsini müəyyən edən bu sənəddə Amerikanın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı müddəalara münasibətini bildirərək, […]
Vəfa Quluzadə:”İndiyə qədər yalnız iki dəfə uğura yaxın olmuşuq”
Xəzər Araşdırmalar Mərkəzinin prezidenti, keçmiş müşavir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda müzakirəçi olmuş tanınmış politoloq Vəfa Quluzadə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün nəticələrini şərh edir.
Maestro Çingiz Sadıxovla müsahibə
Aprelin 5-i tanınmış pianoçu, maestro Çingiz Sadıxovun 82 yaşı tamam olur. Çingiz Sadıxov 1929-cu ildə Şuşada anadan olub. O, 1994-cü ildən ABŞ-da San-Fransisko şəhərində yaşayır. Amerikada yaşayan həmvətənlilərimiz arasında Çingiz Sadıxovu yəqin ki, çoxlarının sevimlisi adlandırmaq olar. Lakin o təkcə diaspora üzvləri arasında populyar deyil. Çingiz Sadıxov ABŞ-ın bir sıra şəhərlərində, Kanadada konsertlərlə çıxış edib. […]