ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN təşkilatı Ağ Evin Ramil Səfərovun ekstradisiyası ilə bağlı mövqeyini qınayaraq, Amerika azərbaycanlılarını etirazını administrasiya nümayəndlərinin nəzərinə çatdırmağa çağırır. Amerikada yaşayan azərbaycanlılara ünvanlıdığı müraciətdə USAN ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommi Vietorun avqustun 31-də açıqladığı bəyanatını qəbuledilməz adlandırıb. Təşkilat zorakılığın bütün formalarını qınyaraq, müharibə və münaqişələrin sülh yolu ilə həllinə dəstəyini […]