Amerika qanunvericiləri ABŞ-da Azərbaycan diaspor üzvlərinin Urmiyə gölünün quruması ilə əlaqədar kampaniya çərçivəsində göndəridiyi məktublara cavab verməyə başlayıb. Amerikada yaşayan azərbaycanlılar Konrqes üzvlərinə göndərdikləri məktublarda diqqəti Urmiyə gölündə yaranmış ekoloji fəlakətə yönəldərək, gölün xilas edilməsi üçün İran hökumətinə təzyiq göstərməyə çağırır. Florida ştatından demokrat senator Bil Nelson Urmiyə gölündə yaranımış ekoloji vəziyyətlə məlumatlandırıldığına və təmsil […]
ABŞ qanunvericiləri Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı məlumatlandırıldıqlarına görə diaspor üzvlərinə təşəkkür bildirir
Əhməd Obalı:” Millət ayağa qalxmasa və etirazını bildirməsə, biz Ana dilimizi itirmirik, biz vətəni itiririk”
ABŞ-da Çikaqo şəhərində yerləşən Günaz TV Urmiyə gölünün quruması ilə əlaqədar etiraz aksiyalarını ən çox işıqlandıran media qurumlarından biridir. Günaz TV-nin təsisçisi Əhməd Obalı bu yaxınlarda televiziyada çıxışında Urmiyə gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən aksiyaların işıqlandırılması ilə bağlı tənqidlərini səsləndirib. Amerikanın səsinin AzeriDiaspor bloquna müsahibədə Əhməd bəy bildirdi ki, Urmiyədə hadisələrlə bağlı Günaz TV-yə […]
Faxtə Zamani:”Urmiyə və Təbrizdə çox sayda fəal həbs edilib, yüzlərlə həbs edilən var”
Urmiya gölünün quruması ilə əlaqədar avqustun 27-də Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyalar zamanı polisə nümayişçilər arasında toqquşmaların baş verdiyi, çox sayda insanın həbs edildiyi haqda məlumatlar verilib. Aksiyalar zamanı çəkilmiş video götüntülər Youtube və Facebook səhifələrində yerləşdirilib. Beynəlxalq xəbər agentlikləri aksiyaları təhlükəsizlik qüvvələri və insanlar arasında toqquşmaları 2009-cu ildə mübahisəli prezident seçkilərindən sonrakı […]
Amerika azərbaycanlıları ABŞ hökumətini Urmiyə gölündə yaranmış vəziyyətə diqqət yetirməyə çağırır
Amerika azərbaycanlıları ABŞ hökuməti və Konqresi Urmiyə gölündə yaranmış vəziyyətə cəlb etmək üçün məktub kampaniyasına başlayıb. ABŞ-da yaşayan azərbaycanlıların təşkilatları və qrupları Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə diqqət verilməsi üçün Amerika hökuməti və Konqres üzvlərinə məktublar göndərir. ABŞ hökuməti və Konqres üzvlərinə ünvanlanmış müraciətdə Amerika azərbaycanlıları Urmiyə gölünün qorunması məqsədilə fəaliyyət göstərməsi üçün İran hökumətə […]