Belçikada yaşayan azərbaycanl fəal Rəşad Xasayoğlu Dünya Azərbaycanlıları Konqresinin Belçika nümayəndəliyinin rəhbəri seçilib. AzeriDiaspor bloquna müsahibədə Rəşad bəy gələcək planlar və Belçikada yaşayan azərbaycanlılar üçün önəmli məsələlərdən danışır. Müsahibəni təqdim edirik. Dilşad Əliyarlı:Rəşad bəy, sizi təbrik edirəm. Rəşad Xasayoğlu:Çox sağ olun. SUAL:İndi bu vəzifədə fəaliyyətlərini necə quracaqsınız? Prioritet məsələlər hansılar olacaq? CAVAB: Təşkilat olaraq fəaliyyətlərimizin […]
DAK-ın Belçika nümayəndəliyinin rəhbəri Rəşad Xasayoğlu ilə müsahibə
Dünya Azərbaycanlılarının 3-cü qurultayı haqda fikirlərinizi bizimlə bölüşün!
Dünya Azərbaycanlılarının 3-cü qurultayı ilə bağlı fikirlərinizi bizimlə AzeriDiaspora bloqunda bölüşün. İyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirilib. Qurultayda dünyanın 42 ölkəsindən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak edib. Müxalifət və bir sıra müstəqil media nümayəndələri qurultaya dəvət edilməyib. Qurultayda “Dünya Azərbaycanlılarının 3-cü qurultayının qətnaməsi”, “Azərbaycan prezidentinə müraciət”, “Dünya Azərbaycanlılarına müraciət”, “Qarabağ […]
Amerika azərbaycanlılarının şəbəkəsi USAN-ın direktoru Adil Bağırov Tərəqqi medalı ilə təltif edilib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsi “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif edib. Təltif edilənlər arasında ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN-ın təsisçilərindən biri və direktorlar şurasının üzvü Adil Bağırov da var. Türkiyə parlamentinin deputatı Sinan Oğan, Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri […]
ABŞ-da ilk dəfə olaraq Qarabağa həsr edilmiş markalar çap edilib
ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Qarabağa həsr edilmiş poçt markaları çap edib. Markalar Qarabağın zəngin keçmişi və tarixinin öyrənilməsi məqsədilə həyata keçirilən “Qarabağ:Keçmişə və Gələcəyə Baxış” silsilə layihəsi çərçivəsində çap edilib. Markaların üzərində Qarabağın tarixi abidələri təsvir edilir. Qarabağ Fondu markaların satışından əldə edilən vəsaitin mədəni tədbirlərin həyata keçirilməsində istifadə ediləcəyini bildirir. Qarabağa həsr edilmiş […]
Lənkəran Kaliforniyanın Monterey şəhəri ilə qardaşlaşdı
Azərbaycanın subtropik bölgəsindəki Lənkəran və Amerikanın Sakit okeanı sahilindəki Monterey şəhərləri rəsmi olaraq qardaşlaşmış şəhərlər elan edilib. Buna dair sənəd keçən həftə Lənkəran şəhər icra hakimiyyətinin yüksək səviyyəli rəsmilərinin Montereyə səfəri zamanı imzalanıb. Azərbaycanın Los Ancelesdə baş konsulu Elin Süleymanov da imzalama mərasimində iştirak edib. Monterey Amerikada ən məhur turizm məkanlarından biridir. Hər iki şəhərin […]
ABŞ Dövlət Departamentinin insan alverinə dair hesabatı-Azərbaycan
ABŞ Dövlət Departamenti 2011-ci il üçün dünya ölkələrində insan alverinə dair hesabatını açıqalyıb. Dövlət Departamenti bildirir ki, insan alverinə qarşı mübarizə məqsədilə qoyulmuş minimum standartlara cavab verə bilməyən ölkələrin sayı artıb. Hesabatı təqdim edən ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, dünya boyu 27 milyon insan qul kimi yaşayır. Onun sözlərinə görə, bir çox ölkələrdə […]
Atalar günündə atam haqda düşüncələrim
Amerikada Atalar günü rəsmi bayram deyil. Amma adı simvolik görünsə də, həyatımızda böyük rol oynayan İnsan üçün ilin bir gününü ayırmaq məncə, çox düzgündür. Atalar günündə artıq çoxdan təkcə ona valideyn deyil, bir vətəndaş kimi baxdığım insanı düşünürəm. Bəzən mən də başqaları kimi atama Süleyman müəllim deyə müraciət etmək istəyirəm. Atam mənim üçün böyük valideyn […]
Maestro Çingiz Sadıxovla müsahibə
Aprelin 5-i tanınmış pianoçu, maestro Çingiz Sadıxovun 82 yaşı tamam olur. Çingiz Sadıxov 1929-cu ildə Şuşada anadan olub. O, 1994-cü ildən ABŞ-da San-Fransisko şəhərində yaşayır. Amerikada yaşayan həmvətənlilərimiz arasında Çingiz Sadıxovu yəqin ki, çoxlarının sevimlisi adlandırmaq olar. Lakin o təkcə diaspora üzvləri arasında populyar deyil. Çingiz Sadıxov ABŞ-ın bir sıra şəhərlərində, Kanadada konsertlərlə çıxış edib. […]