ABŞ-dakı Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu Senatı Çak Heygeli müdafiə naziri vəzifəsinə təsdiq etməyə çağıraraq, keçmiş senatorun namizədliyinə dəstək vermək üçün icma üzvlərinə müraciət edib. Müraciətdə deyilir ki, senator Heygel Senatın Xarici Əlaqələr Komitəsində və prezident Obamanın kəşfiyyat məsələləri üzrə məsləhət şurasında fəaliyyət göstərdiyi müddətdə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafına hər […]
Biznesmen və Yaxın Şərq üzrə ekspert Rob Subhani ABŞ Senatına seçkilərə qatılıb
Amerikada yaşayan azərbaycanlı biznesmen, Yaxın Şərq və Mərkəzi Asiya regionları üzrə ekspert Rob Subhani Merilend ştatından ABŞ Senatına üzv seçilmək üçün seçki kampaniyasına başlayıb. Rob Subhani Merilend ştatının seçki komissiyasına 77 min imza toplayıb təqdim etdikdən sonra demokrat senator Ben Kardinin hazırda tutduğu yerə seçilmək üçün müstəqil namizəd kimi seçkiyə qatılıb. Bundan öncə Rob Subhani […]
ABŞ senatoru Xocalı faciəsinin tanınması səylərinə dəstək verib
ABŞ-ın Şimali Karolina ştatını təmsil edən senator Key Heyqan Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının Xocalı qırğınının tanınması ilə bağlı məktub kampaniyasına dəstəyini bildirib. Azərbaycan və türk diaspor təşkilatlarının üzvlərinə ünvanladığı məktubda senator Xocalı faciəsinin Konqres səviyyəsində soyqırım kimi tanınması ilə bağlı məsələnin onun diqqətinə çatdırılmasına görə razılığını ifadə edib. “1992-ci ildə fevralın 25-dən 26-a keçən […]
Senator Dayan Faynşteyn:”Azərbaycan və Birləşmiş Ştatlar arasında dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm”
ABŞ Senatının nüfuzlu üzvü, Kaliforniya ştatından demokrat senator Dayan Faynşteyn Amerikada Azərbaycan diaspor üzvlərinin ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətinə dəstəklə bağlı məktub kampaniyasına cavab verib. Senator Faynşteyn öz məktubunda məsələni onun diqqətinə çatdırdıqlarına görə icma üzvlərinə təşəkkürünü bildirib və öz fikrini bölüşmək imkanına malik olmasından məmnunluğunu ifadə edib. Senator Faynşteyn Azərbaycan və Birləşmiş Ştatlar arasında uzun tarixə […]
ABŞ qanunvericiləri Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı məlumatlandırıldıqlarına görə diaspor üzvlərinə təşəkkür bildirir
Amerika qanunvericiləri ABŞ-da Azərbaycan diaspor üzvlərinin Urmiyə gölünün quruması ilə əlaqədar kampaniya çərçivəsində göndəridiyi məktublara cavab verməyə başlayıb. Amerikada yaşayan azərbaycanlılar Konrqes üzvlərinə göndərdikləri məktublarda diqqəti Urmiyə gölündə yaranmış ekoloji fəlakətə yönəldərək, gölün xilas edilməsi üçün İran hökumətinə təzyiq göstərməyə çağırır. Florida ştatından demokrat senator Bil Nelson Urmiyə gölündə yaranımış ekoloji vəziyyətlə məlumatlandırıldığına və təmsil […]