Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Parlamentinin yaranmasının 94-cü ildönümü münasibətilə Vaşinqtonda rəsmi tədbir keçirib. Tədbirə ABŞ Konrqesinin Xarici Ələqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsinin sədri , İndiana ştatını təmsil edən konqresmen Dan Barton, Ohayo ştatını təmsil edən qanunverici Cin Şmidt, Montana konqresmeni Denni Reberq, Minnesota senatoru Al Franken və Pensilvaniyadan olan senator Bob Keysi, Texas […]
Vaşinqtonda Azərbaycan Parlamentinin 94-cü ildönümü qeyd edilib
Xocalı faciəsinə dair daha bir qətnamə Meyn ştatında qəbul edildi
ABŞ-ın şimal-şərqində yerləşən Meyn ştatının Nümayəndələr Palatası martın 13-də Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənəd qəbul edib. Xocalı faciəsinin anılmasına dair sənədin qəbul edilməsi təşəbbüsləri ilə Meyn ştatının Nümayəndələr Palatasının üzvü Anna Haskel və senator Castin Alfond çıxış ediblər. Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənədin qəbul edilməsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü […]
ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nümayəndələr Palatasında Türkiyəyə dair qərara etiraz bildirir
Amerikadakı Azərbaycan diaspor təşkilatları icma üzvlərinə göndərilən məktublarda Konqresin Nümayəndələr Palatasının ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihənin qəbul edilməsilə bağlı mövqelərini bildirib. Amerika-Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan Şurası və Pax Turcica institutu ABŞ-dakı türk təşkilatlarına qoşularaq, Nümayəndələr Palatasının 306 saylı qətnaməsini pisləyib. Onların icma üzvlərinə göndərdiyi müraciətdə deyilir ki, sənəd Birləşmiş Ştatlar […]
Konqresmen Sem Farr: Lənkəranın təmsil etdiyim Monterey şəhəri ilə qardaşlamasını alqışlayıram
Kaliforniya ştatını təmsil edən ABŞ konqresmeni Sem Farr Konqresin Nümayəndələr Palatasında çıxış edərək, Lənkəranın Monterey şəhəri ilə qardaşlaşmasını qanunvericilərin diqqətinə çatdırıb. Konqresmen deyib ki, Lənkəran Montereylə qardaşlaşmış 6 başqa şəhərin cərgəsinə qatılır. Lənkəran haqqında məlumat verən konqresmen Farr Xəzər dənizi sahilində yerləşən şəhərin Azərbaycanda çiçəklənməkdə olan turizm sənayesi üçün böyük potensialı olduğunu qeyd edib. Turizmin […]
ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-ın həmtəsisçisi Bədir Məmmədli Amerikanın xarici yardımı ilə bağlı məktub kampaniyasını şərh edir
İyulun 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə müzakirələr keçirilib. Alt komitə ABŞ Dövlət Departamentinin bir sıra proqramları, habelə xarici yardımları nəzərdə tutan bu qanun layihəsini müzakirə üçün Təxsisatlar komitəsinə təqdim edib. Avqustun 3-də komitə tam tərkibdə ABŞ-ın xarici yardımlarının həcmi ilə bağlı müzakirələrdən sonra sənədi […]
Bədir Məmmədli:”ABŞ işğal altında olan əraziyə yardım ayıran yeganə ölkədir”
İyulun 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə dinləmələr keçirilib. Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları ABŞ Dövlət Departamentinin bir sıra proqramları, Sülh Korpusu və təhlükəsizlik sahəsində yardımın səviyyəsini müəyyən edən bu sənəddə Amerikanın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı müddəalara münasibətini bildirərək, […]