ABŞ-dakı Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu Senatı Çak Heygeli müdafiə naziri vəzifəsinə təsdiq etməyə çağıraraq, keçmiş senatorun namizədliyinə dəstək vermək üçün icma üzvlərinə müraciət edib. Müraciətdə deyilir ki, senator Heygel Senatın Xarici Əlaqələr Komitəsində və prezident Obamanın kəşfiyyat məsələləri üzrə məsləhət şurasında fəaliyyət göstərdiyi müddətdə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafına hər […]
Azərbaycan mədəniyyəti Amerikada Türk festivallarında təmsil olunur
Sentyabrın 30-da Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib. 10-cu yubiley festivalını ABŞ paytaxtının, Virciniya və Merilend ştatlarının minlərlə sakini ziyarət edib. Artıq bir neçə ildir ki, Türk festivalında Azərbaycan da stendlər və sərgilərlə təmsil olunur. Bu il də ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Türk festivalında Azərbaycana həsr edilmiş sərgi ilə iştirak edib. Sərgini ziyarət edənlər Azərbaycanın […]
Pax Turcica İnstitutu Kaliforniyada daha bir qətnamənin qəbul olunmasına nail olub
Kaliforniya ştatının parlamenti Türk-Amerika Assosiasiyalarının (ATAA) tanınmasına dair rəsmi sənəd açıqlayıb. Sənəddə aprelin 23-ü Türkiyənin Milli Günü münasibətilə statin parlamenti adından rəsmi təbrik də çatdırılır. ABŞ-ın ən böyük ştatlarından biri olan Kaliforniya ştatının parlamentində bu mühüm sənədin qəbul edilməsi Amerikada fəaliyyət göstərən Pax Turcica İnstitutu tərəfindən aparılan kampanya nəticəsində mümkün olmuşdur. Rəsmi sənəd Kaliforniya ştatının […]
ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nümayəndələr Palatasında Türkiyəyə dair qərara etiraz bildirir
Amerikadakı Azərbaycan diaspor təşkilatları icma üzvlərinə göndərilən məktublarda Konqresin Nümayəndələr Palatasının ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihənin qəbul edilməsilə bağlı mövqelərini bildirib. Amerika-Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan Şurası və Pax Turcica institutu ABŞ-dakı türk təşkilatlarına qoşularaq, Nümayəndələr Palatasının 306 saylı qətnaməsini pisləyib. Onların icma üzvlərinə göndərdiyi müraciətdə deyilir ki, sənəd Birləşmiş Ştatlar […]
Vaşinqtonda Türk Festivalında Azərbaycan bu il iki stendlə təmsil olundu
Oktyabrın 2-də Vaşinqtonda 9-cu Türk Festivalı keçirildi. ABŞ paytaxtında artıq ənənəvi tədbirə çevrilmiş Türk festivalı bu il də minlərlə insanı cəlb etdi. Türk festivalının proqramnda bu il mühüm hadisə ABŞ paytaxtı Vaşinqton və Türkiyə paytaxtı Ankaranın qardaşlaşmış şəhərlər elan edilməsi oldu. Festivalın yüksək səviyyəli qonaqları olan Ankara şəhərinin meri Melih Gökçek və paytaxt Vaşinqtonun meri […]
Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər olacaq
ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankara bu il qardaşlaşmış şəhərlər olmağa hazırlaşır. İki şəhərin qardaşlaşacağı oktyabrın 2-də Vaşinqtonda ənənəvi Türk Festivalı zamanı elan ediləcək və qardaş şəhərlər haqda anlaşma imzalanacaq. Bu münasibətlə bu il 9-cu Türk Festivalında Ankaradan xalq musiqisiçiləri və gənc musiqiçilər qrupu, habelə məşhur müğənni Ferhat Göçer iştirak edəcək. Vaşinqtonda hər il […]
DAK-ın Belçika nümayəndəliyinin rəhbəri Rəşad Xasayoğlu ilə müsahibə
Belçikada yaşayan azərbaycanl fəal Rəşad Xasayoğlu Dünya Azərbaycanlıları Konqresinin Belçika nümayəndəliyinin rəhbəri seçilib. AzeriDiaspor bloquna müsahibədə Rəşad bəy gələcək planlar və Belçikada yaşayan azərbaycanlılar üçün önəmli məsələlərdən danışır. Müsahibəni təqdim edirik. Dilşad Əliyarlı:Rəşad bəy, sizi təbrik edirəm. Rəşad Xasayoğlu:Çox sağ olun. SUAL:İndi bu vəzifədə fəaliyyətlərini necə quracaqsınız? Prioritet məsələlər hansılar olacaq? CAVAB: Təşkilat olaraq fəaliyyətlərimizin […]