ABŞ-da Xocalı faciəsi ilə əlaqədar yeddinci məktub kampaniyası keçirilir

Posted February 25th, 2014 at 12:40 pm (UTC-5)
Leave a comment

Khojaly4Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN Birləşmiş Ştatlarda Xocalı faciəsinə siyasi qiymət verilməsi məqsədilə yeddinci məktub kampaniyası keçirir. Təşkilatın USAN və ABŞ-dakı türkləri birləşdirən USTN qrupunun üzvlərinə göndərdiyi məktubda Xocalı hadisələrinin tanınması istiqamətində aparılan səylər nəticəsində Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı ştatlarının parlamentləri səviyyəsində sənədlərin qəbul edildiyi vurğulanır.

“Sizin dəstəyiniz sayəsində biz ABŞ-da ilk dəfə olaraq Xocalı qırğınının tanınması ilə əlaqədar Texas, Meyn, Massaçusets və Nyu Cersi ştatlarının qanunvericilik orqanlarının qətnamələri və qubernator səviyyəsində bəyannamələr verilməsinə nail ola bilmişik”-deyə müraciətdə bildirilir.

Məktubda Amerika azərbaycanlılarının keçən il Ağ Evin veb səhifəsində Xocalıya dair petisiya kampaniyası qeyd edilir. Petisiya prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması, eləcə də müharibə cinayətlərini tanıması məqsədilə yerləşdirilmişdi. “Bir ay ərzində 126 mindən çox imza aldıq, bu, regionumuzla bağlı hər hansı bir petisiya üçün rekord sayda imza idi. Əsilndə, petisiya həmin vaxt Ağ Evin veb səhifəsində yerləşdirilmiş ən populyar petisiya olmuşdu”-deyə məktubda bildirilir.

USAN və USTN təşkilatları icma üzvlərini Xocalı hadisələrinin tanınması üçün yaşadıqları ştatların qanunvericilik orqanları və ABŞ Konqresində onların ştatlarını təmsil edən qanunvericilər, eləcə də mətbuat üzvlərinə müraciət etməyə çağırıb.

Diaspor təşkilatları hər il Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir, yerli mətbuat orqanlarında məqalələrlə çıxış edir.

 

 

 

Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı (Fotolar)

Posted February 10th, 2014 at 3:47 pm (UTC-5)
1 comment

Nyu-York şəhərində Əyyub Sultan Mədəniyyət Mərkəzində “Cavad xan” bədii filminin təqdimatı keçirilib.

Ercan-Yerdelenli-Sabir-RustamkhhanliAzərbaycan Nyu-York Assosiasiyasının təşkil etdiyi tədbirdə Azərbaycan və Türkiyə icmasının üzvləri iştirak ediblər.

 

Ercan-Yerdelenli-Geray-Alibekov

Təqdimat mərasimini Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli açaraq, film haqda məlumat verib.

 

Azerbaijan-NY-Association

Tədbirə qatılan “Cavad xan” filminin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu-rejissoru isə Rövşən Almuradlı və Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov toplaşanlar qarşısında çıxıb ediblər.

 

New-York-Cavad-Khan

Azərbaycanın sərkərdəsi və dövlət xadimi Cavad xan haqqında tammetrajlı bədii film 2009-cu ildə yaradılmışdır. Kino-filmdə baş rolları Nurəddin Mehdixanlı (Cavad xan), Ramiz Novruz (Sisianov), Salam İsmayıl (Şeyx Yusif) və Nuriyyə Hüseynova (Şükufə xanım) ifa edirlər.

 

Cavad-xan

 

 

 

 

Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı olacaq

Posted February 7th, 2014 at 3:17 pm (UTC-5)
Leave a comment

Cavad-xanNyu-York şəhərində “Cavad xan” bədii filminin təqdimatı keçiriləcək. Azərbaycan Nyu-York Assosiasiyasının təşkil etdiyi tədbirə Azərbaycan, Türkiyə və Qərb ölkələrinin diplomatik nümayəndələri, Azərbaycan və türk icmasının üzvləri dəvət edilib.

Nyu-Yorkdakı Əyyub Sultan Mərkəzində keçiriləcək təqdimatda filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və quruluşçu-rejissoru Rövşən Almuradlının iştirak edəcəyi bildirilir.

Azərbaycanın sərkərdəsi və dövlət xadimi Cavad xan haqqında tammetrajlı bədii film 2009-cu ildə yaradılmışdır. Kino-filmdə baş rolları Nurəddin Mehdixanlı (Cavad xan), Ramiz Novruz (Sisianov), Salam İsmayıl (Şeyx Yusif) və Nuriyyə Hüseynova (Şükufə xanım) ifa edirlər.

 

 

Adil Bağırov ABŞ-da rəsmi vəzifəyə seçilib

Posted November 6th, 2013 at 1:57 pm (UTC-5)
Leave a comment

AdilBagirov

ABŞ-ın Qarabağ Fondunun təsisçisi Adil Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasına üzv seçilib. Bu haqda məlumat ABŞ-da fəaliyyət göstərən Türk Koalisiyasının “On Min Türk Kampaniyası” tərəfindən yayılıb.

Açıqlamada Adil Bağırovun şəhər Təhsil Şurasında dörd yerdən birini tutduğu deyilir. O, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən beşinci amerikalı-türk və ilk Amerika azərbaycanlısıdır.

Ohayo ştatının Deyton şəhərinin Təhsil Şurasının üzvü kimi Adil Bağırov 14 min şagirdin təhsil aldığı 30 məktəb və bu təhsil ocaqları üçün ayrılmış 500 milyondan artıq büdcənin icrasına nəzarət edəcək.

Adil Bağırov Moskva Dövlət Beynəlxalq Əlaqələr institutunda siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb. O, ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-ın təsisçilərindən biridir.

“On Min Türk Kampaniyası” Amerika Birləşmiş Ştatlarında yaşayan türk mənşəli amerikalıların siyasi proseslərdə iştiraka cəlb olunması məqsədilə keçirilən kampaniyadır.

Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Posted October 20th, 2013 at 2:50 pm (UTC-5)
Leave a comment

Oktyabrın 18-də Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyinin 22-cü ildönümü qeyd edilib. Şəhərin maliyyə mərkəzi olan Uol Stritdə Bowling Green parkında keçirilən tədbir Nyu-Yorkdakı Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilib.

ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib, parkda Azərbaycanın bayrağı ucaldılıb.

Nyu-Cersi ştatının Senatı Oktyabın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi gününün tanınmasına dair qətnamə qəbul edib. Nyu-Yorkdakı Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Yerdelenli Nyu-Cersi senatoru Maykl Dorotiyə qətnaməyə sponsorluq etdiyinə görə Azərbaycan icması adından təşəkkürünü bildirib.

Azərbaycan Kaliforniyada festivalda təmsil olunub

Posted October 1st, 2013 at 9:56 am (UTC-5)
Leave a comment

Azərbaycan icmasının üzvləri sentyabrın 28-də ABŞ-ın Kaliforniya ştatındakı İrvin şəhərində keçirilən Qlobal Village festivalında iştirak edərək Azərbaycanı təmsil ediblər.

Bu, Kaliforniyada müxtəlif xalqlar və millətlərin təmsil edildiyi ən böyük multi etnik tədbirdir. Azərbaycan Amerika Şurası bu tədbirə 2007-ci ildən qatılır.

Bu il Oranc dairəsində yaşayıb fəaliyyət göstərən 50-dən artıq milli-mədəni qrupun təşkil etdiyi müxtəlif sərgiləri 25 mindən çox insan ziyarət edib.

Azərbaycan Amerika Şurasının üzvləri ziyarətçiləri sərgidə nümayiş etdirilən milli geyimlər və suvenirlər haqda məlumat vermiş, onlara Azərbaycanın, tarixi, coğrafiyası və mədəniyyətinə dair broşürlər tədqim edib. Ziyarətçilər bu il eyni zamanda Kaliforniyanın cənubunda mağazalarda satışa buraxılan Azərbaycan istehsalı olan nar şirəsi dadmaq imkanı əldə etmişlər.

Sərginin materiallarının böyük hissəsi Azərbaycanın Kaliforniyadakı baş konsulluğu tərəfindən Azərbaycan Amerika Şurasına təqdim edilib.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası Hyuston merinin iftar yeməyində

Posted July 30th, 2013 at 3:03 pm (UTC-5)
Leave a comment

ABŞ-ın Hyuston şəhərinin meri Ramazan ayı münasibətilə iftar yeməyi verib. Texas ştatında fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası Hyuston şəhərində iftar yeməyinin sponsorlarından biri olub. İftar yeməyi Hyustonla qardaşlamış Bakı, İstanbul, Əbu Dabi və Kəraçi şəhərlərinin assosiasiyaları tərəfindən təşkil edilib.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assoasiyasının prezidenti İradə Axundova Amerikanın Səsinə deyib ki, onun rəhbərlik etdiyi təşkilatı artıq dördüncü ildir Hyuston meri tərəfindən iftar yeməyinin təşkilində iştirak edir. O, Azərbaycan icmasının Hyustonda Pakistan, ərəb və amerikalıların icmaları ilə birlikdə bu ənənəvi tədbirə sponsorluq etdiyini deyib.

Hyustonda fəaliyyət göstərən Azərbaycan Mərkəzi də tədbirin sponsorları arasında olub.

Təxminən iki min insanın iştirak etdiyi iftar yeməyinə bütün dini icmaları təmsil edən qrupların nümayəndələri iştirak edib.

Hyuston şəhərinin meri, Texas ştatının Konqres üzvləri, biznes və ictimaiyyət nümayəndələri bu millətlərarası tədbirə diqqəti cəlb etmək və onun əhəmiyyətini vurğulamaq məqsədilə Hyustonda artıq ənənə halını almış iftar yeməyinə qatılıblar.

Qonaqları salamlayan Hyuston meri Ennis Parker ştatda müxtəlif icmaların işinin əhəmiyyətindən danışıb. ABŞ Konqresində Hyuston şəhərini təmsil edən qadın qanunverici Şila Cakson Li və konqresmen Al Qrin qonaqları salamlayıb və tədbirin təşkilatçılarının çoxmillətli icma yaratmaq işində rolunu vurğulamaq məqsədilə onlara qətnamələr təqdim edib.

Dünya şöhrətli alim Lütfü Zadəyə yeni mükafat

Posted July 14th, 2013 at 9:32 am (UTC-5)
Leave a comment

Dünya şöhrətli riyaziyyatçı-alim Lütfü Zadə bu il İspaniya Fondu tərəfindən mükafat alıb. Bakıda anadan olmuş alim elmə verdiyi töhfələrə görə İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria) fondu tərəfindən 400 min məbləğində mükafatla təltif edilib.

Mükafat tanınmış alimə Madriddə keçiriən mərasim zamanı təqdim edilib.

Doktor Lütfü Zadə elmi fəaliyyətinə görə dəfələrlə mötəbər elmi qurumlar tərəfindən mükafata layiq görülüb. 2009-cu ildə Filadelfiyada Benjamin Franklin institutu onu “qeyri-səlis məntiq” nəzəriyyəsini aşkar etdiyinə görə Elektrik Mühəndisliyi üzrə Bencamin Franklin medalı ilə təltif edib. O bu mükafata layiq görülən ilk və yeganə azərbaycanlıdır.

Kaliforniyada Berkli universitetində təqaüddə olan əməkdar professor Lützü Zadə elm dünyasında Fuzzy Logic (qeyri-səlis məntiq) nəzəriyyəsinin banisi kimi tanınır.

Lütfi Zadə 1921-ci ildə Bakıda dünyaya göz açıb. Onun atası Rəhim Ələsgərzadə əslən Ərdəbildən, anası Fanya Koriman isə Rusiyadan olub. O, 1944-cü ildə 23 yaşından olarkən valideynləri ilə birlikdə Amerika Birləşmiş Ştatlarına mühacirət edib.

Doktor Lütfü Zadə 2011-ci ildə Amerikanın Səsinə müsahibədə elmi fəaliyyətindən danışıb və həyatı və ilə bağlı xatirələri ilə bölüşüb.

“Arşın Mal Alan” Amerikada

Posted July 10th, 2013 at 3:26 pm (UTC-5)
Leave a comment

Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operettası ilk dəfə olaraq ABŞ-ın Kaliforniya ştatında səhnəyə qoyulacaq. Bu haqda məlumatı Azərbaycanın Los Ancelesdəki baş konsulluğu açıqlayıb.

Məlumatda deyilir ki, müsəlman dünyasında ilk operetta olan “Arşın Mal Alan” 100 ildir dünyanın 60-dan çox ölkəsində bir sıra dillərdə tamaşaya qoyulub.

Bu il isə tamaşanın səhnəyə qoyulmasının 100 illiyi münasibətilə “Arşın Mal Alan” Los Anceles şəhərinin Doroti Şandler (Dorothy Chandler) musiqi mərkəzində səhnəyə qoyulacaq. Tamaşada əsas partiyaları ABŞ-ın opera müğənniləri Azərbaycanda dilində ifa edəcək, dialoqlar isə ingilis dilində aparılacaq.

Tamaşada Gülçöhrə partiyasını ABŞ-ın tanınmış opera müğənnisi Eş Lindsi ifa edəcək. Teatr tənqidçiləri onun səsinə olduqca yüksək qiymət verərək “pianissimo ustası” adlandırırlar.

Operettanın quruluşçu-rejissoru isə Amerikada tanınmış bəstəkar Maykl Şnakdır (Michael Schnak). O, Eş Lindsinin Gülçöhrə partiyasını ifa etdiyi tamaşanı 2006-cı ildə Vyanada səhnələşdirmişdi.

Bu, “Arşın Mal Alan” musiqili komediyasının ABŞ-da belə yüksək səviyyədə ingilis dilində ilk səhnə debütü olacaq.

Stanford universitetində Azərbaycan konserti

Posted June 24th, 2013 at 2:04 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatının Stanford universitetində “Azərbaycan musiqisi və mədəniyyəti” kursu üzrə təhsil alan tələbələr Azərbaycan musiqisindən ibarət konsert proqramı hazırlayıb.

Azərbaycanın tanınmış kaman ustası İmamyar Həsənovun rəhbərliyi altında tələbələr “Çahargah” və “Heyratı” muğamları, habelə “Qubanın ağ alması”, “Sarı gəlin” və “Laçın” kimi Azərbaycan xalq mahnılarını ifa ediblər.

Azərbaycandan tarzən Rüfət Həsənov və muğam ifaçısı Səbuhi İbayev video vasitəsilə canlı konsertə qoşularaq musiqi ifa ediblər. Konsertdə iştirak edən Stanford universitetinin tələbə-müəllim heyəti musiqiçiləri alqışlarla qarşılayıb.

“Azərbaycan musiqisi və mədəniyyəti”tədris kursu Satanford universitetinin Musiqi fakültəsində 2013-cü ilin aprel ayında yaradılıb. Azərbaycan musiqisi haqda mühazirələr və musiqi dərslərindən ibarət kurs Amerikanın bu ən nüfuzlu universitetlərindən birində ilk dəfədir ki yaradılır. Tədris kursunu Stanford universitetini 2009-cu ildə bitirmiş amerikalı azərbaycanlı Kristal Bargeleme və İmamyar Həsənov aparır. Təhsil aldıqları müddətdə tələbələr Azərbaycan musiqisi və mədəni irsi ilə yanaşı Azərbaycan musiqi alətlərində musiqi ifa etməyi öyrənirlər.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>