Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN Birləşmiş Ştatlarda Xocalı faciəsinə siyasi qiymət verilməsi məqsədilə yeddinci məktub kampaniyası keçirir. Təşkilatın USAN və ABŞ-dakı türkləri birləşdirən USTN qrupunun üzvlərinə göndərdiyi məktubda Xocalı hadisələrinin tanınması istiqamətində aparılan səylər nəticəsində Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı ştatlarının parlamentləri səviyyəsində sənədlərin qəbul edildiyi vurğulanır. “Sizin dəstəyiniz sayəsində biz ABŞ-da ilk dəfə olaraq […]
ABŞ-da Xocalı faciəsi ilə əlaqədar yeddinci məktub kampaniyası keçirilir
Mədəni diplomatiya və Azərbaycanın ABŞ-da tanıdılması səyləri
Amerika mədəniyyəti, pop musiqi, caz, Hollivud filmləri illər uzunu xarici ölkələrlə əlaqə yaradılmasında əsas vasitə kimi çıxış edib. İndi isə amerikalıların dünya mədəniyyəti ilə daha yaxından tanışlığı üçün ictimai və mədəni diplomatiya müstəsna rola malikdir. ABŞ-da yaşayan diaspor üzvləri və qeyri-hökumət təşkilatları bu missiyanın həyata keçirilməsinə böyük töhfə verə bilərlər. ABŞ-ın Qarabağ Fondunun “Diplomatiya diqqət […]
Tennessi ştatı Xocalı qətliamını tanıyıb
ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının bildirdiyinə görə, martın 18-də Tennessi ştatının parlamenti Xocalı qətliamını tanıyıb, Pensilvaniya ştatının assambleyasında isə Xocalı qətliamının tanınması ilə bağlı qətnamə təqdim edilib. Tennessi ştatının Xocalı faciəsinin 21-ci ildönümünün tamam olduğu vaxt qəbul etdiyi qətnamə ştatın qanunvericilik orqanına konqresmen Co Touns tərəfindən təqdim edilib. Pensilvaniya ştatının qəbul etdiyi qətnamədə Xocalı faciəsinin […]
Amerikadakı Azərbaycan diaspor təşkilatları prezident Obamanı ikinci müddətə seçilməsi münasibətilə təbrik edib
ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, USAN, Azərbaycan Amerika Cəmiyyəti və Azərbaycan Amerika Şurası prezident Barak Obamaya noyabrın 6-da ikinci müddətə Birləşmiş Ştatlar prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb. USAN təşkilatı ABŞ-da yaşayan azərbaycanlıların adından prezident Barak Obama, vitse-prezident Co Bayden, Konqres üzvləri, qubernatorlar və stat qanunvericilərini təbrik edib. Təşkilatın Azərbaycan icmasının üzvlərinə göndərdiyi açıqlamada deyilir […]
Amerika azərbaycanlıları kimə səs verir
İradə Axundova, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti. Dilşad Əlyarlı: İradə xanım, siz illərdir Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidentisiniz və Azərbaycanla bağlı Texas ştatında geniş fəaliyyət aparırsınız. Bu il seçkidə sizin üçün ən önəmli mövzular hansılardır və siz hansı namizədə üstünlük verirsiniz? İradə Axundova: Bilirsiniz, uzun illərdir assosiasiyamızın işi ilə əlaqədar konqresmenlər və senatorlarla görüşürük. Bu […]
Tomris Azəri: Sendi qasırğası nəticəsində cəmiyyətimizin binası demək olar tamamilə dağılıb
Keçən həftə ABŞ-ın şimal-şərq bölgələrini bürüyən Sendi qasırğası ən çox Nyu-Cersi ştatı və Nyu-York şəhərinə zərər vurub. Nyu-Cersidə yerləşən Azərbaycan Amerika Cəmiyyətinin binası qasırğa nəticəsində yararsız hala düşüb. ABŞ-da fəaliyyət göstərən ən ilk diaspor təşkilatı olan Azərbaycan Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri təşkilatın qərargahının bağlı olduğunu və qasırganın nəticələrinin aradan qaldırılması səylərinin davam etdiyini bildirir. […]
Azərbaycan mədəniyyəti Amerikada Türk festivallarında təmsil olunur
Sentyabrın 30-da Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib. 10-cu yubiley festivalını ABŞ paytaxtının, Virciniya və Merilend ştatlarının minlərlə sakini ziyarət edib. Artıq bir neçə ildir ki, Türk festivalında Azərbaycan da stendlər və sərgilərlə təmsil olunur. Bu il də ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Türk festivalında Azərbaycana həsr edilmiş sərgi ilə iştirak edib. Sərgini ziyarət edənlər Azərbaycanın […]
Amerika azərbaycanlıları 11 sentyabr hadisələrini anır, terroru unutmamağa çağırır
ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 2001-ci ildə Biriləşmiş Ştatlarda 11 sentyabr terror hücumlarının 11-ci ildönmünü qeyd edərək, hadisə qurbanlarının xatirəsini anır. ABŞ azərbaycanlılarının şəbəkəsi USAN, Amerika-Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin hadisələrin ildönümü münasibətilə verdiyi açıqlamalarda sentyabr hücumlarının Amerika tarixində ən dəhşətli hadisə olduğunu, Nyu-York, Vaşinqton və Pensilvaniyada hücumlarda 3 mindən çox insanın həyatını itirdiyini […]
ABŞ-da fəaliyyət göstərən AZAD təşkilatı Ramil Səfərovun əfvi ilə bağlı vəziyyətlə əlaqədar Hillari Klintona məktub göndərib
ABŞ-da fəaliyyət göstərən Azərbaycanlı Amerikalılar Demokratiya uğrunda (AZAD) təşkilatı Ramil Səfərovun ekstradisiyası ətrafında yaranmış vəziyyətlə bağlı Dövlət katibi Hillari Klintona açıq məktub göndərib. Təşkilatın sədri Elmar Şaxtaxtinskinin adından yazılmış məktubda ABŞ Dövlət Departamentinin Azərbaycan prezidentinin Ramil Səfərovun əfvi ilə bağlı dərin narahatlığını ifadə etdiyi bəyanatına münasibət bildirilib. Məktubda deyilir ki, Dövlət Departamentinin Azərbaycanda insan hüquqları […]